Grow Group Azerbaijan - Keyfiyyətin təmsilçisi

Fəaliyyətimiz

RijkZwaan şirkəti ilə əməkdaşlıq

Grow Group şirkəti 2025-ci ildən etibarən Niderlandın aparıcı toxum şirkətlərindən biri olan Rijk Zwaan ilə Hi-Tech istixana tərəvəz toxumları üzrə rəsmi distribütorluq əməkdaşlığına başlamışdır.

Rijk Zwaan 1924-cü ildə yaradılmış və Niderlandda yerləşən şirkətdir. Şirkət peşəkar tərəvəz və meyvə istehsalı üçün yüksək keyfiyyətli toxumların seleksiyası və istehsalı ilə məşğuldur.

Şirkət haqqında qısa məlumat:

Baş ofisi Niderlandın De Lier şəhərində yerləşir.

100-dən çox ölkədə fəaliyyət göstərir.

4 200-dən çox əməkdaşı var.

30-dan çox bitki qrupu üzrə 2 000-dən artıq tərəvəz sortu hazırlayır.

İllik dövriyyəsinin təxminən 30%-ni elmi-tədqiqat, inkişaf və yeni sortların yaradılmasına (R&D) yatırır.

Rijk Zwaan xüsusilə pomidor, xiyar, bibər, kahı, kələm, qovun və digər tərəvəz bitkilərinin yüksək məhsuldar, xəstəliklərə davamlı və keyfiyyətli hibrid toxumları ilə dünya üzrə tanınır.

Şirkət fermerlərə yalnız toxum deyil, həm də müasir becərmə texnologiyaları və peşəkar aqronomik məsləhətlər təqdim edir.